Zarina müğənnilərə lağ etdi: Təhsilləri yoxdur - Video
    • 26-09-2024, 15:08
    • 346

Zarina müğənnilərə lağ etdi: Təhsilləri yoxdur - Video

“Bir çox müğənnilərin təhsili yoxdur”.

News24.az olay-a istinadla xəbər verir ki, bu sözləri aktrisa Zarina Qurbanova “İncə səhər” verilişində deyib.

O bildirib ki, bir çox müğənnilərdən fərqli olaraq, özünün ifaçılıq təhsili var: azal vakansiya

“7 il vokal və 7 il muğam təhsili almışam. Yəni mən təhsilli bir insanam. Elə müğənni var, mənə deyir, sənin təhsilin var, amma mənim yoxdur. Mən üzərimdə işləməli idim. Bu mənim sənətim olmadığı üçün  işləmədim. Amma işləsəydim ifaçılıq sənətini də davam etdirə bilərdim. Mən sadəcə aktyoruluq sənətini seçdim çünki bu peşəni sevirəm”.