Pişiklər nə qədər tək qala bilərlər?
    • 26-09-2024, 22:49
    • 1 096

Pişiklər nə qədər tək qala bilərlər?

Pişik sahibləri bəzən pişiklərin müstəqil varlıqlar olduğuna inanaraq onlara diqqət və qayğı göstərmirlər. Ancaq pişiklər insanların sevgisinə və qayğısına ehtiyac duyurlar.  

News24.az Lent.az-a istinadla xəbər verir ki, mütəxəssislər pişiklərin maksimum bir gün tək qala biləcəklərini iddia edirlər. 

Hətta bəziləri üçün 24 saat çox uzun ola bilər. Pişiklərin tək qalma müddətini bilmək üçün onun sağlamlıq vəziyyətini, temperamentini, fəaliyyətini və yaşını nəzərə almaq lazımdır. 

Məsələn, gündə üç və ya dörd dəfə yemək tələb edən pişik balasını uzun müddət nəzarətsiz buraxmaq olmaz.

Bəzi pişiklər həddindən artıq miyovlama, yemək və ya sudan imtina etmə, uyğun olmayan yerlərdə tez-tez sidiyə getmə, qusma, daimi yalama, dağıdıcı davranış (məsələn, mebelə zərər vermə) və həddindən artıq həyəcan kimi əlamətlərlə özünü göstərən narahatlıqlar yaşayırlar. 

Buna görə də, əgər pişiyinizi tək qoymalı olsanız, siz uzaqda olduğunuz müddətdə onun oynamaq üçün normal şəraitinin olduğundan əmin olun. Bir seçim olaraq, pişiyin yerini pəncərənin yanında yerləşdirin ki, ev heyvanınız çöldə baş verənləri izləyə bilsin. 

Əgər ondan bir gündən çox uzaq qalacaqsınızsa, kimsədən pişiyə ziyarət etməsini xahiş edin.