-
- 26-09-2024, 21:33
- 225
Kədərli və stresli olmağınızın 5 gizli səbəbi
Həyatınızda hər şey yolunda gedərkən və günləriniz məşğul olsa da, özünüzü bədbəxt və stresli hiss edə bilərsiniz.
News24.az kədərli və stresli olmağınızın 5 gizli səbəbini təqdim edir.
1. Gündə nə qədər vaxtınız olsa da, nə qədər iş görsəniz də, hələ görüləsi işlərin çox olduğunu düşünə və stress keçirə bilərsiniz.
Bununla başa çıxmaq üçün nə olursa olsun belə hiss edəcəyinizi qəbul edin. Etməli olduğunuz işləri sıralayın.
2. Özünüzə vaxt ayırmamaq sizi kədərli edəcək. Bu səbəbdən stresinizi azaltmaq və daha məhsuldar olmaq üçün cədvəlinizə uyğun olaraq özünüzə vaxt ayırdığınızdan əmin olun.
3. Hər zaman yorğun hiss etməyinizin səbəbi kifayət qədər yuxu almamağınız ola bilər. Bir yuxu rejiminə sahib olduğunuzda və daha çox yatdığınızda özünüzü daha xoşbəxt hiss edə bilərsiniz.
4. Tək qalmaqla tənha hiss etmək arasında böyük fərq var. Özünüzü ailə və dostların əhatəsində tapa və hələ də tənha hiss edə bilərsiniz.
Belə vəziyyətlərdə özünüzə qayğı göstərərək təkbaşına xoşbəxt olmağı öyrənməlisiniz. Beləliklə, əgər pis münasibətiniz və ya dostluğunuz varsa, ondan qurtulmalısınız.
5. Həyatda baş verə biləcək pis şeyləri daim düşünmək sizi kədərli edə bilər. Bunun əvəzinə daha xoşbəxt hiss etmək üçün anın dadını çıxarın. Uğur qazana bilməsəniz belə, bunu öyrənməyin yollarını axtarın.
Günel Məlikzadə