​Ayrılıqla mübarizə aparmağın 5 yolu
    • 27-08-2024, 11:28
    • 372

​Ayrılıqla mübarizə aparmağın 5 yolu

Münasibət bitdikdən sonra hüzursuzluq, ağrı və sıxıntı ilə mübarizə aparmaq çətin olur.

News24.az ayrılıq acısı ilə mübarizə aparmağln 5 yolunu təqdim edir:

QURBAN ROLUNU OYNAMAYIN

Ayrıldıqdan sonra davamlı olaraq qarşı tərəfi günahlandıra və hər şeyin səbəbkarı olduğunu düşünə bilərsiniz. Lakin bu doğru deyil. Çünki münasibət hər iki tərəflə yaşanır.

ƏLAQƏ QURMAYIN

Keçmiş tərəfdaşınızla heç bir əlaqəniz olmamalıdır və onları heç bir şəkildə təqib etməməlisiniz. Çünki bu, daha çox ağrıya səbəb olacaq.

SİZİ SEVƏN İNSANLARLA VAXT KEÇİRİN

Ayrıldıqdan sonra bu cür stresslə mübarizə aparan bir çox insan özünü pis hiss edir və həyatdan təcrid olunur. Ancaq bunun əvəzinə sevdiklərinizlə vaxt keçirmək özünüzü daha yaxşı hiss edəcək.

ÖZÜNƏ MƏQSƏD QOYUN

Boşandıqdan sonra etmək istədiyiniz hər şeyə diqqət yetirin. Və məqsədinizə çatmağa çalışın.

ÖZÜNÜZƏ YAXŞI BAXIN

Ayrıldıqdan sonra kədərlənmək üçün özünüzə ən çox 1 həftə vaxt verin. Daha sonra özünüzü daha yaxşı hiss etməyə kömək edəcək müxtəlif fəaliyyətlər etmək üçün hərəkətə keçin.

Günel Məlikzadə