-
- 18-06-2019, 11:24
- 1 025
Bakıda lombarda saxta qızıl verən şəxs SAXLANILIB
İyunun 17-də saat 15 radələrində Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib.
Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.
Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib.
Araşdırma aparılır.