-
- 17-08-2019, 18:38
- 1 341
Paytaxtın bir neçə rayonunda oğurluq halları baş verib
Paytaxtda oğurluqla məşğul olan şəxslər saxlanıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az -a bildiriblər ki, avqustun 16-da saat 05:48-də Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki bağ evlərinin birindən rayon mühafizə idarəsinə həyəcan siqnalı daxil olub. Pəncərə şüşəsini sındırmaqla oğurluğa cəhd göstərməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Zeynalov hadisə yerinə getmiş rayon mühafizə idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə rayon polis idarəsinin 14-cü Polis Bölməsinə təhvil verilib.
DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin və Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 3-də rayondakı evlərin birindən 200 manat və 500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Həmidov yaxalanıb.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 2-də və 22-də rayon ərazisində vətəndaşa məxsus çantadan pul və mobil telefon, bir mağazadan isə pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bağırov tutulub.
Faktlarla bağlı araşdırmalar aparılır.