Evdən oğurluq etməyə çalışan şəxsi polislər dərhal yaxaladı
    • 23-08-2019, 21:41
    • 967

Evdən oğurluq etməyə çalışan şəxsi polislər dərhal yaxaladı

Avqustun 22-də Tovuz rayonunun Abulbəyli kəndindəki evlərin birindən rayon mühafizə şöbəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gəlmiş rayon mühafizə şöbəsinin əməkdaşları oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Gədəbəy rayon sakini Ə.İsgəndərovu saxlayaraq Tovuz Rayon Polis Şöbəsinə təhvil veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az -a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini B.Nərimanbəyliyə məxsus içərisində 700 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.İsmayılov saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.