Yaponiyada yarasalarda yeni və ağır viruslar aşkar EDİLDİ
    • 27-09-2024, 09:18
    • 359

Yaponiyada yarasalarda yeni və ağır viruslar aşkar EDİLDİ

Yaponiyanın Yamaquçi bölgəsində aparılan yeni araşdırmada yarasalarda müxtəlif DNT və RNT virusları aşkar edilib.

News24.az xəbər verir ki, 130-dan çox yarasa üzərində aparılan müayinələr nəticəsində yarasaların 60 faizindən çoxunun ən azı bir virusa, o cümlədən zoonoz viruslara (heyvanlardan insanlara keçə bilən) yoluxduğu müəyyən edilib.

Araşdırmada bəzi virusların, xüsusilə adenovirus və astrovirusun genetik olaraq sürətlə təkamül etdiyi müşahidə edilib.

Bundan əlavə, Yaponiyada əvvəllər aşkar edilməmiş 10 yeni herpes virus növü aşkar edilib.

Onu da qeyd edək ki, tədqiqatda tapılan virusların bəziləri Çin və Koreyadakı viruslarla genetik oxşarlıqlar göstərərək, Yaponiyadakı yarasaların bölgədəki digər yarasalarla təmasda ola biləcəyini irəli sürüb.

Bundan əlavə, araşdırma nəticəsində məlum olub ki, yarasaların 36 faizi birdən çox virusa yoluxub.

Bu, yapon yarasalarının zoonotik epidemiyalara səbəb olma potensialını artırır.

Bu tədqiqat zoonoz xəstəliklərin qarşısının alınması və ictimai sağlamlıq risklərinin azaldılması üçün viral nəzarət tədqiqatlarının əhəmiyyətini bir daha nümayiş etdirir.

Günel Məlikzadə