Oqtay Əsədovun xanımının yerinə TƏYİNAT
    • 27-09-2024, 09:55
    • 222

Oqtay Əsədovun xanımının yerinə TƏYİNAT

175 nömrəli uşaq bağçasına yeni müdir təyin edilib.

News24.az "Unikal"a istinadla bildirir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, bağçanın müdiri vəzifəsinə Mehriban Məmmədova təyinat alıb.

Xatırladaq ki, bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Əsədova Adil qızının müdiri olduğu 175 nömrəli körpələr evi-uşaq bağçasında yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb.

Bağçanın müdiri, Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova yoxlamalardan sonra işdən çıxarılıb.