-
- 7-05-2024, 18:38
- 1 154
Rüşvət aldığı deyilən bağça müdiri əmək qabiliyyətini itirib - RƏSMİ
Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdirinin sosial şəbəkələrdə yayılmış səs yazısı ilə bağlı məlumat yayıb.
News24.az idarədən verilən məlumatına görə, bağçanın müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. Bağça müdiri işə qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcəkdir.
Qeyd edək ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb.
İctimaiyyətə bu barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, bağça müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısında müəllimlərdən pul tələb etdiyi iddia olunur.