-
- 27-09-2024, 10:33
- 429
Paşinyan elan etdi: Azərbaycanla sülh müqaviləsi imzalanacaq
Bakı və İrəvan arasında sülh nəinki mümkündür, həm də əldə edilə bilər”.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-də çıxışı zamanı deyib.
Paşinyan bildirib ki, buna bir neçə amil təsir edir.
“Əsas addımlardan biri avqustun 30-da Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında imzalanmış saziş olub. Bu, tərəflərin imzaladığı ilk ikitərəfli sənəddir. Tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin müəyyən edilməsində razılığa gəliblər ki, bu da ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması deməkdir. Növbəti addım sülh müqaviləsinin imzalanması və tamhüquqlu dövlətlərarası əməkdaşlığın qurulması olacaq. Ermənistan Bakı ilə sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağı və qalan bəndləri sonra müzakirə etməyi təklif kimi irəli sürür. Hətta saziş imzalandıqdan sonra da ölkələr yeni sazişlər bağlamağa və əlavə razılaşmalar əldə etməyə davam edə bilərlər”, – deyə Paşinyan vurğulayıb.