Tanınmış jurnalistin oğlu adam bıçaqladı - YENİLƏNİB
    • Bu gün, 11:15
    • 595

Tanınmış jurnalistin oğlu adam bıçaqladı - YENİLƏNİB

Bakıda adam bıçaqlayan Ayxan İbrahimli ilə bağlı yeni fakt məlum olub. 

News24.az Lent.az-a istinadla xəbər verir ki, Ayxan İbrahimli eks prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş, jurnalist Teylor Fətişoğlunun oğludur. 

Qeyd edək ki, Teylor Fətişoğlu özü də hazırda həbsdədir. 

***

saat 10:14

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında Xətai rayonu Sabit Orucov küçəsində qeydə alınıb. İbrahimli Ayxan Teylor oğlu aralarında yaranan münaqişə zamanı Bilalov Əziz Cumalı oğlunun qarnına 2 ədəd bıçaq zərbəsi vurub.

Faktla bağlı cinayət işi başlanıb. Ayxan İbrahimli şübhəli şəxs qismində saxlanılıb.