WhatsApp iPhone 7-də işləməcək?
    • Bu gün, 13:24
    • 56

WhatsApp iPhone 7-də işləməcək?

Bu yaxınlarda, tezliklə yayımlanacaq bir yeniləmədən sonra WhatsApp-ın oktyabrın 1-dən etibarən bəzi telefon modellərində istifadə üçün bağlanacağı iddia edilib.

News24.az xəbər verir ki, bloklandığı iddia edilən cihazlar arasında iPhone 7 və iPhone 7 Plus modelləri də var.

Bununla belə, WhatsApp-ın qarşıdan gələn yeniləməsi göstərilən cihazlarda istifadəyə mane olmayacaq.

iPhone 7 modelləri üçün ən son əməliyyat sistemi yeniləməsinin iOS 15 olduğunu nəzərə alsaq, WhatsApp iOS 12 və daha yuxarı versiyaları dəstəkləyən cihazlarda işləməyə davam edəcək.

Günel Məlikzadə