Vüsalə Əlizadə:
    • Bu gün, 14:29
    • 173

Vüsalə Əlizadə: "Bizi təxliyə etdilər. Allah köməyimiz olsun"

Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib. Xəzər Media Mərkəzinin binasının qonşuluğunda olan yanğına görə, kanalda evakuasiya prosesi başlayıb.

News24.az xəbər verir ki, Xəzər TV-də "İncə Səhər" verlişinin aparıcısı Vüsalə Əlizadə İnstaqram hesabında paylaşım edib. Paylaşımında o, belə qeyd edib:

"Xəzər TV-nin yanında boya zavodunda yanğın baş verdi, bizi təxliyə etdilər. Allah köməyimiz olsun".

Günel Məlikzadə