Bina 91 yaşlı kişinin üzərinə uçdu, amma... - ŞOK GÖRÜNTÜLƏR
    • Bu gün, 16:38
    • 101

Bina 91 yaşlı kişinin üzərinə uçdu, amma... - ŞOK GÖRÜNTÜLƏR

Türkiyədə mağaza binası uçub.

News24.az İHA-ya istinadən xəbər verir ki, hadisə Artvində yaşanıb.

Binanının uçmasına səbəb yaxınlıqda aparılan inşaat işi olub. Hadisədən bir neçə saniyə əvvəl Ziya Tatar adlı 91 yaşlı qoca ərzaq mağazasına daxil olub və bina qocanın üstünə uçub. 

Xoşbəxtlikdən 91 yaşlı kişi yüngül xəsarətlərlə qəzadan sağ çıxıb.

Hadisə mobil telefonunun kamerası ilə qeydə alınıb. 

Teymur Məmmədov