8 yaşlı oğlunu öküz hücumundan xilas etdi - ANBAAN VİDEO
    • 13-12-2022, 16:26
    • 255

8 yaşlı oğlunu öküz hücumundan xilas etdi - ANBAAN VİDEO

Türkiyədə ata 8 yaşlı oğlunu öküz hücumundan xilas edib.

News24.az xəbər verir ki, hadisə Ağaçören qəsəbəsinin Hüsrev kəndində baş verib. 

Fermer Üçlər Dəmirəl tövlədəki mal-qaranı suvarmaq üçün bağçaya çıxarıb. Bu zaman öküzlərdən biri fermerin oğlu Əhməd Dəmirəlin arxasınca qaçmağa başlayıb.

Buğanı görən Dəmirəl son anda oğlunu xilas etmək üçün qaçaraq öküzün hücumunun qarşısını alıb.

Bu anlar təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə lentə alınıb. /Haber Global/ 

Teymur Məmmədov