Marketlərdə satılan TƏHLÜKƏ: Paket çaylar, vaxtı keçmiş konservalar…
    • 27-09-2024, 23:47
    • 335

Marketlərdə satılan TƏHLÜKƏ: Paket çaylar, vaxtı keçmiş konservalar…

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a müsahibəsi:

- Havalar getdikcə soyumağa başlayır. Bu zaman nələrə diqqət etmək lazımdır? Hansı qidalara üstünlük verməliyik?

- Gün ərzində insanın enerjili ola bilməsi üçün karbohidrata ehtiyac duyur. Karbohidrat faydalı qidalardan alındıqda orqanizmə enerji verə bilir. Eyni zamanda gələcəkdə hər hansı bir sağlamlıq problemlərinə səbəb olmur.

Dünya ən isti yayı yaşadı, dəhşətli XƏBƏRDARLIQ: “Daha dağıdıcı nəticələri olacaq”

Sabah çimərliklərdə hava necə olacaq? -PROQNOZ

Özəl tibb müəssisələrinə nazirlikdən XƏBƏRDARLIQ

Karbohidratı daha çox meyvə və tərəvəzlərin, çərəzlərin, eləcə də bişirilmiş yeməklərin tərkibindən ala bilərsiniz. Gün ərzində insan orqanizmi gördüyü işə, fiziki aktivliyinə, yaşına, cinsinə görə müəyyən miqdarda karbohidrat qəbul etməlidir.

Gündəlik karbohidrat ehtiyacı 400 qramdan 800 qrama qədər dəyişə bilər. Adətən, yaydan payıza keçəndə havaların sərinləməsi ilə əlaqədar insanlar su qəbul etməyi azaldır və bu da zərərli maddələrin orqanizmdə yığılıb qalmasına səbəb olur. Bu da çox pis təsirlərini göstərir. Ona görə suyu vacib hesab etmək lazımdır.

- Bu cür havalarda insanlar daha çox xəmir yeməklərinə üstünlük verirlər. Elə insan var ki, gündə 3 dəfə xəmir yeməkləri ilə qidalanır. Ümumiyyətlə, həddindən artıq xəmir yeməyinin qəbulu orqanizmdə nələrə səbəb olur?

- Bu cür havalarda insanlar daha çox xəngələ üstünlük verirlər. Belə qidalar da karbohidrat tərkibli qidalar hesab olunur. Xəmir yeməklərini günün birinci yarısında və ya naharda 150-200 qramı keçməmək şərtiylə qəbul etmək daha məsləhətlidir. Belə olduqda həmin yemək orqanizmdə enerjiyə çevrilir və heç biri zərəri olmur. Amma gün ərzində xəmir yeməklərini həddindən artıq qəbul etdikdə, bu orqanizmdə piylənməyə və yağlanmaya səbəb olur. Ona görə də xəmir yeməklərinin həzmi asanlaşdıran bir çox C vitamini tərkibli qidalarla, tərəvəz, göyərti və turşularla qəbul edilməsi məsləhətlidir. Amma bu qidanı axşam vaxtı qəbul etməmək daha məsləhətlidir. Qəbul edilsə də, yeməkdən sonra 30-40 dəqiqə gəzmək orqanizm üçün faydalı olacaq. Amma bəzən xəngəllə birlikdə spirtli içkilər də istehlak edilir. Nəticədə həm həzm, həm də mədə-bağırsaq sistemi pozulur. Həmin xəmir yeməkləri uzun müddət bağırsaqlarda yapışıb qalır. Bağırsaq daşları əmələ gəlir. Xüsusilə xəmir yeməklərinin tərkibində glüten olduğuna görə bu cür qidaları istehlak etdikdə mədədə köp və şişkinlik yaranır.

Xəngəl yeyərkən qarışıq qidaları qəbul etmək olmaz. Həmçinin xəngəli həddindən artıq yağda qovrulmuş ət və soğanla birlikdə istehlak etdikdə kalorisi daha çox olur. Bu qaraciyər yağlanmasına gətirib çıxardır. Ona görə də xəngəli günorta saatlarında 100-150 qramı keçməmək şərtiylə istehlak lazımdır. 

- Bir çox xanımlar qışa hazırlıq kimi evdə turşular hazırlayırlar. Ev şəraitində hazırlanan bu cür qidalar nə dərəcədə sağlamdır? 

- Yay mövsümündə ev şəraitində bir çox qidaları konservləşdirərək qışa hazırlıq görülür. Konservləşdirmə zamanı qaydalara düzgün əməl olunmadıqda, zəhərlənmə və ya daha ağır formada botulizm zəhərlənməsinə səbəb olur. Bu da bir çox hallarda ölümlə nəticələnir. Bu səbəbdən konservləşdirərkən meyvə və tərəvəz yaxşı yuyulmalıdır. Eyni zamanda keyfiyyətli, mövsümi və yerli meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır. Əgər meyvə və tərəvəzlərin hər hansısa birində çürük varsa, ümumiyyətlə o məhsuldan istifadə etmək olmaz.

Sanitar-gigiyenik qaydalara mütləq əməl olunmalıdır. İstifadə olunan qablar şüşə olmalı və onların sterilizasiyası düzgün aparılmalıdır. Bundan əlavə həmin konservlərin saxlanma şəraiti də düzgün temperaturda olmalıdır. Daha çox qaranlıq və sərin yerlərdə saxlamaq lazımdır. Bir çox hallarda bu qaydalara tam əməl olunmur və ya qaynar su ilə emal olunur deyə bir çox insanlar düşünür ki, məhsulun tərkibindəki bakteriyalar artıq məhv olub. Lakin bu səhvdir. Eyni zamanda konservləri uzun müddət saxladıqda onun qapağının şişib-şişməməsinə, suyunun bulanıq olub-olmamasına diqqət yetirmək lazımdır. Bu kimi hallar baş verdikdə isə konservdən istifadə etmək olmaz.

Bu nüanslar sənaye üsulu emal olunmuş. konsevlərə də aiddir. Lakin bu cür konservlərin ev üsulu hazırlanan konservlərlə fərqi rəf ömrünün uzun olması üçün bir çox konservantlardan istifadə olunur. Xüsusilə də metal qablarda olan qidaları açdıqdan sonra dərhal istifadə etmək lazımdır. Qapağını açdıqdan sonra istifadə olunmayacaqsa, şüşə qabda ağzı bağlı saxlamaq daha məsləhətlidir. Bundan əlavə, marketlərdə satılan konservlərə diqqət etmək lazımdır. Son istifadə müddəti metal qapağın üzərində yazılmalıdır. Əgər metal qapağın üzərində yox, kağızla yapışdırılıbsa, bu məhsullar təhlükəli qidalardan hesab olunur. 

- Hazırda insanlar müxtəlif paket çaylardan istifadə edirlər. Biraz da bu cür çayların orqanizmə təsirlərindən danışaq… Sizcə, paket çaylar nə dərəcədə sağlamdır? 

- İndiki dövrdə demək olar ki, hər gün istifadə olunan paket çayların insan orqanizmi üçün bir çox zərərləri var. Həmin paketin istehsalında istifadə olunan xammal isti su ilə reaksiyaya girdikdə artıq nanohissəciklər şəkildə suya yayılır və orqanizmə daxil olur. Hissəciklər orqanizmdən xaric olmur. Bu cür çayları istifadə edən insanlarda qəfil ürək dayanması, infarkt kimi hallar baş verir. Təəssüf ki, bu sadəcə təhlükənin bir hissəsidir. Bundan əlavə, paket çaylarda istifadə olunan kimyəvi maddələr də var. Bu maddələr insan orqanizmində xərçəng kimi bir çox təhlükəli xəstəliklərin yaranmasına səbəb olur.

Bu cür çaylarda fərqli-fərqli kimyəvi aromatizatorlardan və sintetik mənşəli boyalardan istifadə olunur. Bu da çayın dəmlənməsini gözləmədən tez bir zamanda ona dad və rəng verir. Eyni zamanda da həmin kimyəvi maddələr insanlarda mədə-bağırsaq problemlərinə gətirib çıxardır. Bu da ilk növbədə immun sisteminin pozulmasına səbəb olur. Həmin kimyəvi maddələr yaddaşın zəıifləməsinə və yeniyetmələrdə hormonal pozuntulara səbəb olur. Ümumiyyətlə, müəyyən bitki çayları, arıqlamaq üçün nəzərdə tutulan çaylar və ya adi qara çay olan paket çayların hamısında eyni üsuldan istifadə edirlər.

Artıq paket çayların bu cür zərərləri məlum olduqdan sonra bəzi çay markaları paketin daha sağlam və plastikdən olmayan parçadan hazırlanmış şəkildə etməyə başladılar. Bu zaman da təhlükə paketdə yox, həmin çayın və ya bitkinin tərkibinə vurulan maddələrdə olur. Çünki həmin quru bitki qalıntısı orada uzun müddət saxlamaq üçün müəyyən kimyəvi qatqı maddələri vurulur. Bu da birbaşa sağlamlığa zərərdir. Eyni zamanda sağlamlıq problemlıərinin anında yox zamanla ortaya çıxmasına səbəb olur. Əgər bu cür çaylardan istifadə edəcəyiksə, mütləq şəkildə birdəfə dəmləyərək istifadə etməliyik. 10-15 dəqiqədən çox dəmləməsini gözləmək orqanizmdə fəsadlara yol aça bilər.