-
- 9-10-2023, 10:54
- 299
Xəstəliklərin əsas yaranma SƏBƏBİ - Mütəxəssisdən TÖVSİYƏLƏR
Koronavirus pandemiyasından sonra insanlar xəstəliklərdən qorxmağa və daha diqqətli olmağa çalışırlar.
Sağlamlığımızı qorumağın başlıca amili də yediyimiz qidaları düzgün seçməkdir.
Bu barədə Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova News24.az-a açıqlama verib.
Onun sözlərinə görə, havaların soyuması ilə əlaqədar olaraq maddələr mübadiləsində və hormonal balansda baş verən dəyişiklik insanların ruh halına və əhval ruhiyyəsinə də təsir edir. Belə olan halda insanlar depressiyaya düşə bilir və həyat enerjisi tükənmiş kimi hiss edirlər. Ona görə də insanlar payız mövsümü gəldikdə həyat tərzlərinə və qidalanma rejiminə diqqət yetirməlidirlər.
Sağlam yaşamagın ən birinci qaydası yuxu rejiminə riayət etməkdir.
Məhsəti Hüseynova bildirir ki, qidalanma zamanı ilk növbədə səhər yeməyi böyük rol oynayır. Bir çox insanlar səhər yeməyi etmədən günə başlayırlar. Bu sağlamlıq və orqanizm baxımından olduqca ziyanlıdır. Səhər yeməyi zamanı protein tərkibli qidalar yumurta, süd, süd məhsullarından pendir qaymaq yeyilməlidir. Mövsümi meyvə tərəvəzlər hər qida qəbulunda mütləq istifadə olunmalıdır.
Mütəxəssis qeyd edib ki, mütləq şəkildə C vitaminli qidalar qəbul olumalıdır.
Digər fikir verməli olduğumuz məqam havalar sərinləşdikcəə qəbul olunan su miqdarının azalmasıdır.
Bu isə bir sıra fəsadlara gətirib çıxarır. Çünki insan orqanizminin 60 faizini su təşkil edir. Bütün orqanizmdə baş verən proseslər suyun hesabına baş verir. İnsanlar suyu lazımı miqdarda qəbul etməsə orqanizmdə dehidrasiya hadisəsi baş verər. Bu da orqanizmin susuzlaşma prosesidir.
Axşam yeməkləri isə yuxudan 3-4 saat əvvəl yeyilməlidir. Çünki axşam gec saatlarda yeyilən yemək düzgün həzz olunmur.
Mütəxəssis diqqətə çatdırıb ki, omega 3, omega 6 yağları ilə zəngin olan qidalara üstünlük verilməlidir. Bu qidalara dəniz məhsullarını, qırmızı əti misal göstərmək olar.
Gün ərzində qapalı məkanlarda keçirilən vaxtı azaltmaq və mütləq şəkildə səhər və axşam açıq havada olmaq lazımdır.
Sağlamlığı qoumaq üçün fiziki aktivlik vacib şərtlərdən biridir deyə Məhsəti Hüseynova qeyd edib.
Ülkər ABDURAHMANLI