-
- 27-09-2024, 18:09
- 281
Arıqlamaq üçün bitki çayı içdi, dünyasını dəyişdi
Avstraliyada Keçmiş baş nazir Malkolm Turnbull və teleaparıcı Larri Emdurun müxtəlif bitki mənşəli müalicələrlə arıqlamasına daha əvvəl kömək etdiyi barədə şayiələr yayılan Dr. Şuquan Liu arıqlamaq üçün klinikasına gələn ürək xəstəliyi olan qadının ölümünə səbəb olub.
News24.az xəbər verir ki, 41 yaşlı qadının ürək xəstəliyi olub və çinli həkim lazımi sualları vermədən xəstəyə birbaşa bitki çayı müalicəsi tətbiq edib.
Sonuncu həkim qəbulundan 2 gün sonra ürək tutmasından dünyasını dəyişən bədbəxt qadında kalium çatışmazlığı və ürək ritminin pozulması olduğu müəyyən edilib.
Məhkəmədə məlum olub ki, xəstənin nəbzi, təzyiqi, nəbzi yoxlanılmayıb. Bundan əlavə, xəstəyə ürək və bağırsaq sağlamlığı ilə bağlı heç bir sual verilməyib.
Araşdırmalardan sonra Dr. Şuquan Liunun 3 il müddətinə bu peşədən uzaqlaşdırılmasına qərar verilib.
Məryəm İlhamqızı