-
- 28-09-2024, 00:22
- 250
Ukraynada azərbaycanlı nazir müavini təyin olundu
Ukraynada icmaların və ərazilərin inkişafı nazirinin müavini vəzifəsinə əslən azərbaycanlı Timur Firudin oğlu Məmmədov təyin olunub.
Axar.az xəbər verir ki, bununla bağlı Ukrayna Nazirlər Kabineti qərar qəbul edib.
T.Məmmədov buna qədər Ukrayna strateji sənayelər nazirinin müavini olub. Onun atası Firudin Məmmədov Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri olub. F.Məmmədov 2023-cü ildə vəfat edib.