Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
    • 25-11-2019, 19:49
    • 882

Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib

Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun APA-ya verdiyi məlumata görə, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.

R. Məmmədov buna qədər İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb. 

News24.az