"Samsung" və LG televizorları istifadəçilərə qarşı casusluqda ittiham edilir
    • 28-09-2024, 17:13
    • 245

"Samsung" və LG televizorları istifadəçilərə qarşı casusluqda ittiham edilir

Məşhur televizor brendləri "Samsung" və LG istehlakçılar onları kompüterlərinə qoşduqda ekranların skrinşotlarını çəkə bilirlər.

News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə "NewScientist" məlumat yayıb.

Populyar cihazların istehsalçıları bu məlumatlardan müvafiq reklamların nümayişini fərdiləşdirmək üçün istifadə edirlər. Bəzi "Samsung" televizorları hər 500 millisaniyədə, LG 10 millisaniyədən bir skrinşot çəkə bilir.

"İstifadəçi televizordan displey kimi istifadə edərək böyük ekranda nəyəsə baxmaq üçün noutbukunu HDMI kabeli ilə qoşduqda, hərəkətlərinin qeydə alındığından xəbərsiz olur", deyə Devisdəki Kaliforniya Universitetinin (ABŞ) mütəxəssisləri bildiriblər.

Tədqiqat zamanı mütəxəssislər televiziyaları şəbəkə trafikini təhlil edən qurğuya birləşdiriblər. Məlum olub ki, televizora televizor antenası və ya HDMI kabeli qoşulan kimi qurğular yazmağa başlayır. Lakin onlayn kinoteatr proqramları işləyərkən heç bir qeyd aparılmır.

Materialda qeyd edilir ki, istehlakçının başqaları ilə bölüşmək istəmədiyi şəxsi məlumatlar "Samsung" və LG cihazlarının ekranlarında görünə bilər. Müəlliflər qeyd edib ki, nəzarət parametrlər vasitəsilə söndürülə bilər, lakin universal təlimatlar yoxdur - bu, müxtəlif avadanlıqlarda müxtəlif yollarla baş verir.