"Samsung"  dünyadakı bütün televizorları blok edə biləcək
    • 25-08-2021, 18:53
    • 434

"Samsung" dünyadakı bütün televizorları blok edə biləcək

"Samsung" oğurlanmış cihazları bloklamaq üçün istifadə edilə biləcək yeni texnologiya "TV Bloku"u təqdim edib.

News24.az xəbər verir ki, korporasiya nümayəndələri belə funksiyanın təhlükəsizliyi təmin edəcəyini və televizorların oğurlanması hallarını azaldacağına inanırlar. Qurğular yalnız qanuni sahiblər tərəfindən alqı-satqı sənədləri ilə istifadə olunacaq.

Şirkət "TV Blok"un necə işlədiyini belə izah edib: "Televizoru İnternetə qoşduqdan sonra xüsusi alqoritm oğurlanmış və ya qanunsuz satılan məhsulların siyahısındakı cihazın seriya nömrəsini yoxlayacaq. Nömrələr uyğun gəlsə, proqram televizorun oğruların əlinə keçdiyini biləcək və sonra avtomatik olaraq bütün funksiyalarını söndürəcək".