Türkiyədə inşaat şirkətinin rəhbəri 865 il həbs cəzasına məhkum edildi
    • 28-09-2024, 20:55
    • 195

Türkiyədə inşaat şirkətinin rəhbəri 865 il həbs cəzasına məhkum edildi

Türkiyənin Adana şəhərində zəlzələ nəticəsində 96 nəfərin ölümünə səbəb olan yaşayış kompleksinin dağılmasından sonra tikinti podratçısı Hasan Alpargün 865 il həbs cəzasına məhkum edilib.

News24.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyənin cənubunda və mərkəzində orta maqnitudası 7,8 bal olan güclü zəlzələlər baş verib. Bütün ölkədə 50 mindən çox insan ölüb. Eyni zamanda, zəlzələlər zamanı binaların uçması səbəbindən 612 nəfərlə bağlı araşdırmalara başlanılıb.

Məhkəmə Alpargünü qəsdən çox sayda insanın ölümünə və yaralanmasına səbəb olmaqda təqsirli bilib.