Moldova Ukrayna ilə iki sərhəd məntəqəsini bağladı – Səbəb
Dünya
Moldova dron hücumuna görə Ukrayna ilə iki sərhəd məntəqəsini bağlayıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin Sərhəd Polisi məlumat verib.
"Ukraynanın Mayaki-Udobne kəndi yaxınlığındakı Odesa-Reni magistral yolunda körpüyə dronlar dəyib. Bu səbəbdən Palança-Mayaki-Udobne və Tudora-Starokazaçe keçid məntəqələri müvəqqəti olaraq bağlanıb. Vətəndaşlara bu əraziyə səyahət etməkdən çəkinmək və yüksək təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə olunur", - məlumatda deyilir. (APA.az)