Məşhur müğənni 46 yaşında evlilik təklifi aldı
    • Bu gün, 13:20
    • 132

Məşhur müğənni 46 yaşında evlilik təklifi aldı

Məşhur müğənni Ani Lorak 46 yaşında gəlinlik paltarı geyinəcək.

News24.az Publika.az-a istinadən  xəbər verir ki, Lorak sevgilisi İsaak Vicarudan evlilik təklifi alıb. Bu barədə “Arqumentı i faktı” məlumat yayıb.

Müğənnini ad günündə evlilik təklifi alıb. Qeyd olunur ki, Vicaru həmin anın videosunu sosial şəbəkələrində yerləşdirib. O, diz çöküb üzük qutusunu ona uzadıb, Lorak “bəli” deyib.

Qəzet onu da əlavə edib ki, Vicarunun 48 yaşı var. O, terapevt, yoqa təlimatçısıdır. Onun əvvəlki münasibətdən bir oğlu və bir qızı var. Lorak bir qız böyüdür. Əlavə etdilir ki, o, "Cənab İspaniya" milli gözəllik müsabiqəsinin qalibi olub.