-
- 28-09-2024, 23:34
- 450
“Kişi özünü saxlaya bilmirsə, evlənməsin” - Ayan
Müğənni Ayan Babakişiyeva açıqlaması ilə müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, sənətçi "Həmin Zaur" verilişində aparıcının "Kürəkəninə şərait qurarsan" sualına əsəbiləşib:
"Mən niyə edirəm? Qızımla əl-ələ verib özləri etsin. Bir kişi birinci özünü saxlaya bilmirsə, evlənməsin, heç kimi bədbəxt etməsin. Övladımı böyüdürəm, hamı əziyyətlə uşaq böyüdür. Heç kim övlad böyütmür ki, sonra əziyyət çəksin. Onsuz biz onu əziyyətlə böyüdürük. Hər kəs ürəyinin payını alsın". vakansiya
Onun bu sözlərinə rəqqasə Fatimə Fətəliyeva etiraz edib:
"Qızım ailəlidir, qazanan, ruzili , qazanan kürəkənim var. Amma yenə də sağ əlim onların üstündədir. Kim üçün qazanırıq? Oğlum var, atası var. Xəyal (oğlunun atası - red.) dünyasını dəyişsə, oğlumun hər şeyi var: bağı, obyekti. Hər şey oğlumun adınadır. Qızımı əziyyətlə böyütmüşəm".