-
- 18-06-2019, 15:40
- 1 991
325 nəfər təhsil meneceri kimi İNKİŞAF EDƏCƏK
“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin ikinci mərhələsində iştirak hüququ qazanmış namizədlər qiymətləndirilib.
Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, qiymətləndirmədə 325 nəfər iştirak edib. Namizədlərə elektron formada 30 sualdan ibarət məntiqi tapşırıqlar təqdim edilib, həmçinin onlar ilk dəfə olaraq psixoloji testə cəlb olunublar.
İkinci turdan uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Namizədlərin nəticələri ilə bağlı məlumatlar onlayn ərizədə qeyd etdikləri elektron poçt ünvanlarına göndəriləcək.
Təhsil Nazirliyinin və Təhsil İnstitutunun birgə reallaşdırdığı layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçiləri yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.