-
- 28-09-2024, 16:48
- 327
“Xəzərdən keçəcək!” - Ərdoğandan AÇIQLAMA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Qara dəniz-Rizə-Aydər Forumuna videomüraciətində Cənubi Qafqazdan keçən nəqliyyat dəhlizlərinə diqqət çəkib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Türkiyə lideri pandemiya və regional münaqişələrin iqtisadi inkişaf baxımından logistika və nəqliyyat infrastrukturunun önəmini artırdığını deyib.
“Qara dəniz coğrafiyasındakı bütün ölkələrdə ticarəti yaxşılaşdıracaq, yüklər və malların, eləcə də nəqliyyat xidmətlərinin çatdırılma müddətlərini qısaldacaq logistika şəbəkələrini inkişaf etdirməliyik”, - Ərdoğan bildirb.
Türkiyə prezidenti Orta Asiya və Xəzər regionundan Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizləri və enerji marşrutlarının Qara dəniz bölgəsindən keçdiyini xatırladıb:
“Görünən odur ki, qarşıdakı dövrdə regionun geostrateji əhəmiyyəti daha da artacaq. Ümid edirik ki, bu təcil Qara dəniz bölgəsində nəqliyyat və logistika infrastrukturunun güclənməsi ilə daha da sürətlənəcək”.