Bakıda yanğın: Evlərə keçmə təhlükəsi var
    • Bu gün, 17:13
    • 78

Bakıda yanğın: Evlərə keçmə təhlükəsi var

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexində yanğın başlayıb. 

News24.az hadisə yerindən xəbər verir ki, yanğının yenidən güclənmə ehtimalı var. Parket sexində başlayan yanğının obyektə yaxın tikilən evlərə keçmə təhlükəsi var. 

Yanğının tam söndürülməsi istiqamətində FHN-nin Yanğından Mühafizə Xidmətinin əməkdaşları çevik addımlar atırlar.