Sumqayıtda mebel sexində baş vermiş yanğın söndürülüb
    • 10-08-2019, 20:24
    • 1 581

Sumqayıtda mebel sexində baş vermiş yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərindəki 18-ci mikrorayonda yerləşən mebel sexində baş verən yanğının söndürülməsi barədə məlumat yayıb.
News24.az FHN-in saytına istinadla xəbər verir ki, yanğının baş verməsi barədə nazirliyin 112 – “qaynar” telefon xəttinə məlumat daxil olan kimi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
Yanğın nəticəsində ümumi sahəsi 1000 kvadratmetr olan mebel sexi yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Əlavə məlumat veriləcək.