Beyruta ağır zərbələr: Netanyahunun reytinqi qalxdı
    • 28-09-2024, 17:23
    • 196

Beyruta ağır zərbələr: Netanyahunun reytinqi qalxdı


İsrail ordusunun Livana ağır zərbələri Baş nazir Benyamin Netanyahunun populyarlığını artırıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri İsrailin "Haaretz" qəzetinin siyasi analitiki Akiva Eldar “Əl-Cəzirə” telekanalına deyib.

"İsraillilər Beyrutda hündürmərtəbəli binaların çökməsi görüntülərinə sevinirlər. Bu, yəhudilərin ən yaxşı orduya sahib olduğunu göstərir”, - o bildirib.

O qeyd edib ki, Netanyahu indi İsrailin ən böyük qəhrəmanıdır:

“Netanyahu Livanda atəşkəs çağırışı edən ABŞ-ın iradəsinə boyun əymədən şimal sakinlərini (İsrailin şimalı – red.) evlərinə qaytaracaq qalib lider obrazındadır”.