-
- 28-05-2024, 09:25
- 350
Netanyahu: Faciəli uğursuzluq
Netanyahu İsrail parlamentindəki çıxışında ölkəsinin Qəzzada 7 oktyabrdan bəri humanitar fəlakətə səbəb olan hücumlarına toxunub.
News24.az xəbər verir ki, İsrail ordusunun dünən Qəzza zolağının cənubundakı Rəfah şəhərində məcburi köçkün fələstinlilərin düşərgəsinə hücumunu "faciəli bir uğursuzluq" olaraq xarakterizə edən Netanyahu hücumu araşdırdıqlarını bildirib.
İsrail dövlət televiziyasının məlumatına görə, Netanyahunun Qərbi Qüdsdə İsrail parlamentində baş assambleyaya müraciəti zamanı Qəzzadakı israilli məhbusların yaxınları pankartlarla etiraz ediblər.
Parlamentin ziyarətçilər hissəsində pankart açan israillilər, əsirlərin üzləri olan pankarta “Gözlərinin içinə bax” yazaraq Netanyahuya reaksiya veriblər.
İsrailli məhbusların yaxınları Netanyahunun çıxışı zamanı “İndi hamınız” şüarları səsləndirərək bütün İsrail siyasətçilərini məhbusları xilas etməyə çağırıblar.
İsrailin əsas müxalifət lideri Yair Lapid parlamentdəki çıxışında Netanyahuya "Sən baş nazir qala bilməzsən, çünki əslində baş nazir deyilsən. Hökumətinizdəki ekstremistlərin girovusunuz" deyib. O, Netanyahunun İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin təsiri altında olduğunu bildirib.
Günel Məlikzadə