Orada müharibə başlayır: azərbaycanlılar ölkəyə qayıda bilər
    • 28-09-2024, 17:25
    • 1 481

Orada müharibə başlayır: azərbaycanlılar ölkəyə qayıda bilər


Azərbaycan XİN vətəndaşlara İsrail və Livana səfər etməməklə bağlı xəbərdarlıq edib. Buna səbəb son günlər iki ölkə arasında gedən hərbi gərginliklə bağlıdır.

Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, müharibə ocaqlarında yaşayan azərbaycanlıların təhlükəsizliyi hər zaman dövlətin diqqətindədir:

“Bu baxımdan XİN Livan ilə İsrail arasında aktiv döyüşləri nəzərə alaraq bu tip bir çağırış edib. Hesab edirəm, İsraildə yaşayan soydaşlarımız üçün daha riskli bir vəziyyət var. XİN reallığı tam izah edərək vətəndaşlara ayıq-sayıq olmağa dəvət edir.

Fikrimcə, vətəndaşlarımızın təhlükəsizliyi təmin edilib, lakin aktiv döyüşlər səbəbindən bu kimi xəbərdarlıqlar edilir, ediləcək. Yəni müharibə heç kəsi xəsarət almaqdan sığortalamır. Belə hallarda müharibə edən ölkələrə səfərlər dayandırılır, hətta zərurət yaranarsa, vətəndaşlarımız ordan Vətənə gətirilə bilər”.