Hücum planı təsdiqləndi - Gözlənilən müharibə başlayır
    • 22-06-2024, 14:15
    • 18 570

Hücum planı təsdiqləndi - Gözlənilən müharibə başlayır

Küveyt Livandakı vətəndaşlarından “Hizbullah”la İsrail arasında yaşanan gərginlik səbəbindən bu ölkəni tez bir zamanda tərk etmələrini istəyib.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyindən verilən açıqlamada hazırda Livanda olan vətəndaşlardan ən qısa vaxtda ölkəni tərk etmələri, tərk edə bilməyənlərdən isə dərhal Küveytin Livan səfirliyi ilə əlaqə saxlamaları tələb edilib.

Bəyanatda həmçinin vətəndaşlara bölgədəki şərtlər və təhlükəsizliklə bağlı gəlişmələr fonunda Livana səfər etməməyə çağırılıb.

Küveytdən əvvəl Kanada və bəzi digər Qərb dövlətlərinin də vətəndaşlarını Livandan çıxarmağa başlaması haqda məlumat yayılıb.

2023-cü il oktyabrın 7-də Qəzza zolağında savaşın başlamasından bəri Livanla sərhəddə tez-tez İsrail ordusu ilə “Hizbullah” silahlıları arasında toqquşmalar baş verir. Son həftələr İsrail və Livan arasında “Mavi xətt” adlanan sərhəd zonasında gərginlik artıb.

İsrail ordusu iyunun 18-də Livana mümkün hücum üçün əməliyyat planını təsdiqlədiyini açıqlayıb.