13 yaşlı uşağa sitayiş edirlər:  konfeti də aça bilmir
    • 29-09-2024, 06:51
    • 348

13 yaşlı uşağa sitayiş edirlər: konfeti də aça bilmir


Hindistanda bir qrup insan 13 yaşlı uşağa sitayiş edir.

News24.az Lent.az-a istinadla xəbər verir ki, onun 13 il əvvəl vəfat etmiş bir "Tanrının" reenkarnasiyası olduğuna inanırlar.

Yayılan görüntülərdə bir uşağın ətrafına toplaşan izdihamın ona heyranlıqla baxdığı əks olunub. Uşağın konfet paketini belə aça bilməməsi sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb. Görüntülərə şərh yazan digər istifadəçilər vəziyyəti ələ salarkən, bir istifadəçi “Tanrı konfet paketini açmağa çətinlik çəkir” deyib.