Məktəbin qarşısında şəhid ehsanı adı ilə uşaqlara NARKOTİK PAYLANIB?
    • 4-10-2022, 13:45
    • 259

Məktəbin qarşısında şəhid ehsanı adı ilə uşaqlara NARKOTİK PAYLANIB?

Sosial şəbəkələrdə Xətai rayonu 95 nömrəli məktəbdə şagirdlərə konfet adı ilə narkotik maddə paylanılması haqqında iddia səsləndirilib.

Paylaşımda bildirilib ki, dərsdən çıxan şagirdlərə məktəbin qarşısındakı naməlum şəxs konfet paylayıb. Uşaq götürmək istəmədikdə isə o, "şəhid üçün verilən ehsandır, əgər götürməsən şəhidin ruhu səndən inciyər" deyib. Şagird konfeti evə gətirərək anasına verib. Konfeti açanda məlum olub ki, onun içərisindəki narkotik maddədir.

News24.az məlumatla bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq DİN-in mətbuat xidmətindən bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.