“Playboy” onunla bağlı görün nə paylaşdı - Qalmaqal
    • Bu gün, 10:29
    • 113

“Playboy” onunla bağlı görün nə paylaşdı - Qalmaqal


Sentyabrın 27-də “Playboy”un mətbuat xidməti WBA, WBC, WBO və IBO versiyaları üzrə ağır çəkidə dünya çempionu Aleksandr Usikin məşhur jurnal üçün fotosessiya aparması barədə məlumat yayıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Usik bu məlumatı cavablandırıb. Ukraynalı boksçu “Playboy”da rol aldığını inkar edib.

Usik “İnstaqram”da “Bu yalandır” yazıb.

Daha sonra Usikin promosyon şirkəti “Playboy”dan Usikin şəkli olan mesajı silməyi xahiş edib: “Günortanız xeyir, lütfən silin. Usikin razılığı olmadan fotoşəkilləri sərgiləmək hüququnuz yoxdur”.