Müharibədə gözünü itirən ukraynalı model məşhur jurnalın üz qabığı oldu - FOTO
    • 5-08-2023, 22:34
    • 665

Müharibədə gözünü itirən ukraynalı model məşhur jurnalın üz qabığı oldu - FOTO

Rusiya-Ukrayna müharibəsində yaralanan, gözünü itirən ukraynalı model və teleaparıcı İrina Bilotserkovets əməliyyatdan sonra məşhur “Playboy” jurnalının üz qabığı olub.

News24.az xarici mediaya istinadən xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun köməkçisinin həyat yoldaşı, ukraynalı model İrina Bilotserkovets keçən il müharibənin başlamasından iki gün sonra, fevralın 26-da baş verən hücumda yaralanıb.

O, 3 övladı ilə avtomobilində evə qayıdarkən hücüm nəticəsində bir gözünü itirib. 

Əməliyyat öncəsi həkimlər ona öləcəyini desələr də, Bilotserkovets müalicə üçün Almaniyanın paytaxtı Berlinə gedib. O, Berlindəki xəstəxanada ağır rekonstruktiv əməliyyat keçirməli olub və o vaxtdan Ukraynada müqavimət simvoluna çevrilib.

Bilotserkovets "Playboy"un "Qadınlar güclüdür" adlı xüsusi buraxılışının üz qabığında "müharibə zamanı yaralanan, lakin həyata inamını itirməyən ukraynalı qadınların dözümlülüyünü" vurğulayır. 

Amerika jurnalı açıqlamasında onu yeni nəşrin “qəhrəmanı” kimi qələmə verib.

Bilotserkovets indi Ukrayna əsgərləri üçün tədbirlər təşkil edir.
Günəş Mərd