"TRT" rəhbəri "Eurovision" haqda: "Cinsiyyət qəbul etməyəni necə yayımlaya bilərik?"
    • 5-08-2018, 14:22
    • 1 014

"TRT" rəhbəri "Eurovision" haqda: "Cinsiyyət qəbul etməyəni necə yayımlaya bilərik?"

Bir neçə ildir ki,  "Eurovision" mahnı müsabiqəsinə qatılmayan və musiqi yarışmasını yayımlamayan "TRT" kanalı bununla bağlı açıqlama verib. 

Telekanalın rəhbəri İbrahim Eren qatıldığı tədbirdə "Hazırda yarışmaya qatılmağı düşünmürük. Əsas səbəblərimizdən biri səsvermə sistemidir.

Yarışmanı yayımlamamağımıza səbəb isə saqqallı, cinsiyyət qəbul etməyən, qadın ya kişi olduğunu söyləməyən, hər iki cinsə aidəm deyən birini saat 21:00-da, uşaqların seyr etdiyi vaxta necə yayımlaya bilərik?

"Avropa Yayım Birliyi"nə yollardından çıxdıqlarını bildirdim. Əgər təşkilatçılar düzgün seçim edərlərsə, o zaman yarışmaya qatıla bilərik".

Qeyd edək ki, Konçit Vurst 2014-cü ildə "Eurovision" mahnı müsabiqəsində qalib gəldikdən sonra xeyli söz-söhbətə səbəb olub.

Teymur Məmmədov