-
- 1-03-2019, 16:08
- 991
Ukraynadan “Eurovision 2020” ilə bağlı rəsmi açıqlama
Bu il İsraildə baş tutacaq “Eurovision 2019”dan imtina edən Ukrayna gələn il keçiriləcək yarışmaya da qatılmaya bilər.
News24.az xəbər verir ki, bu haqda Ukraynanın İctimai Teleradiosunun idarə heyətindən Aleksandra Kolçova məlumat verib:
“Əgər bu il “Eurovision”da Rusiya qalib gəlsə, o zaman təklif edirəm ki, “Ukraynanın ən yaxşı mahnısı” adlı müsabiqə keçirək. Çünki biz yarışmaya qatılmayacağıq”.
Qeyd edək ki, Ukraynanın bu il “Eurovision”a qatılmamasının səbəbi təmsilçilərə qoyulan qadağalar olub. Onlardan biri də təmsilçilərdən birinin Rusiyada verəcəyi konsertləri ləğv etmək şərtidir.
Teymur MƏMMƏDOV