Helene qasırğasında ölənlərin sayı artdı
    • 30-09-2024, 10:31
    • 207

Helene qasırğasında ölənlərin sayı artdı

Florida sahillərini təxminən 225 kilometr sürətlə vuran Helene qasırğasının mənfi təsirləri davam edir.

News24.az xəbər verir ki, səlahiyyətlilər qasırğanın gətirdiyi güclü külək və yağışların təsirli olduğu Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida və Virciniya ştatlarında ölənlərin sayının 90-ı keçdiyini açıqlayıb.

CNN-in məlumatına görə, səlahiyyətlilər təkcə Şimali Karolinanın Buncombe bölgəsində 600 nəfərin xəbərsiz olduğunu və ştatda 36 nəfərin öldüyünü açıqlayıb.

ABŞ prezidenti Co Baydenin həftə ərzində qasırğadan zərər çəkmiş bölgələrə səfər edəcəyi gözlənilir.

ABŞ Milli Qasırğa Mərkəzi elan edib ki, Helene qasırğası Florida ştatının şimal-qərb sahillərini təxminən 225 kilometr sürətlə vurub. Qasırğa tez bir zamanda Corciya, Cənubi Karolina, Şimali Karolina və Tennessi ştatlarına təsir edib.

Eyni zamanda, qasırğanın ilk vurduğu Floridada 1,2 milyondan çox, Corciyada 1 milyon, Cənubi Karolinada 1,3 milyon və Şimali Karolinada 600 min ev və iş yerində elektrik enerjisi kəsilib.

Qeyd edək ki, prezident Bayden Florida və Şimali Karolinada "fəlakət vəziyyəti" elan edib və qasırğadan mənfi təsirlənənlərə "federal yardım" əmri verib.

Günel Məlikzadə