Bakıda qadın sürücü yolu kəsərək avtobusa yol vermədi - VİDEO
    • Bu gün, 10:42
    • 263

Bakıda qadın sürücü yolu kəsərək avtobusa yol vermədi - VİDEO

Bu gün səhər saatlarında Bakı şəhəri, M.Mirqasımov küçəsi yaxınlığında 90-RU-003 nömrəli dövlət qeydiyyat nişanlı "Lexus" markalı minik avtomobili avtobus yolunda avtomobili saxlayıb. 

News24.az bildirir ki, xanım sürücünün sükan arxasında olmasına rəğmən, 83 saylı marşrut xəttinin hərəkətinə bilərəkdən mane olub. 

Avtobus sürücüsünün və sərnişinlərin iradlarına baxmayaraq xanım sürücü avtomobili avtobus zolağından kənara çəkməyib.  

"Lexus"un xanım sürücüsü dəqiqələr sonra maşını kənara çəkib.