-
- 13-10-2021, 11:24
- 474
Dəhşətli qəzanı törədən 19 yaşlı sürücü saxlanıldı
Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusuna çırpılaraq 5 nəfərin ölümünə səbəb olan yük maşınının sürücüsü saxlanılıb.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli qəzanı törədən 99 DH 343 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü, Qobustan sakini, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu tutulub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.
İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə, avtobus da aşıb.