Yevlaxda qəbiristanlıqda yanğın baş verdi
    • 18-06-2019, 19:08
    • 1 855

Yevlaxda qəbiristanlıqda yanğın baş verdi

Yevlax şəhərinin Yuxarı Qarxun kəndində qəbiristanlıqda yanğın baş verib. 

News24.az APA-ya istinadən xəbər verir ki, anğın qəbiristanlığın geniş ərazisini əhatə edib. Alovun söndürülməsi üçün əraziyə FHN-nin  yanğınsöndürmə briqadası cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı yaydığı məlumata görə, Yevlax şəhərinin Yuxarı Qarxun kəndində 1 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yevlaxda qəbiristanlıqda yanğın olub.

Hadisə rayonun Yuxarı Qarxun kənd qəbiristanlığında baş verib.