Nəhayət, şad xəbər gəldi... - Ən yüksək səviyyə...
    • 30-09-2024, 12:25
    • 539

Nəhayət, şad xəbər gəldi... - Ən yüksək səviyyə...

Sentyabr ayında Çinin istehsalat satınalma menecerləri indeksi (PMI) avqustda qeydə alınan altı ayın ən aşağı göstəricisindən (49,1 bənd) beş ayın ən yüksək səviyyəsinə - 49,8 bəndə yüksəlib.

Musavat.com xəbər verir ki, məlumatı Çin Milli Statistika İdarəsi (GSO) yayıb.

Trading Economics analitikləri orta hesabla 49,5 bəndədək artım proqnozlaşdırmışdılar.

Qeyd edək ki, indeksin 50 baldan yuxarı olması sənaye sektorunda aktivliyin artmasını, aşağıda olması isə zəifləməni göstərir. Göstərici artıq beşinci aydır ki, bu səviyyədən aşağıdır.

Yeni sifarişlərin alt indeksi ötən ay avqustdakı 48,9 bənddən 49,9 bəndədək, məşğulluq 48,1 bənddən 48,2 bəndədək yüksəlib. Eyni zamanda ixrac satış göstəricisi 48,7 bənddən 47,5 bəndədək azalıb. Sənayedə yaxın gələcək üçün nikbinliyi qiymətləndirən göstərici bir ay əvvəl olduğu kimi 52 bal təşkil edib.

Çinin xidmət və tikinti PMI göstəricisi avqustda 50,3 punktdan ötən ay 2022-ci ilin dekabrından bu yana ən aşağı səviyyəyə - 50 bəndə düşüb. Bu sektorlar üzrə nikbinlik göstəricisi 55,3 bənddən 54,4 bəndədək azalıb.

Sentyabrda birləşmiş PMI əvvəlki aydakı 50,1 bəndlə müqayisədə 50,4 bəndə yüksəlib (iyun ayından bəri ən yüksək göstərici). Onu da bildirək ki, dünyanın ən böyük istehlakçısı olan Çin iqtisadiyyatına dair məlumatlar xammal bazarlarına, xüsusilə də neft bazarında ciddi təsir göstərir.