-
- 24-08-2024, 16:13
- 220
Avrozonada istehlakçı inam indeksi azaldı
Avrozonada istehlakçı inam indeksi avqust ayında əvvəlki ayla müqayisədə 0,4 bənd azalaraq -13,4-ə düşüb.
News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı məlumatda deyilir.
Bazar proqnozları isə indeksin -12,7 təşkil edəcəyi istiqamətində qərarlaşıb. İstehlakçı inam göstəricisi iyul ayında -13 olub.
Hesabat ayında istehlakçı inam indeksi həm Avrozonada, həm də bütövlükdə Avropa İttifaqında azalıb. Sözügedən dövrdə Avropa İttifaqı üzrə istehlakçı inam indeksi iyul ayı ilə müqayisədə 0,1 bənd azalaraq -12,3-ə enib.