Cütlükdən təyyarədə ŞOK HADİSƏ
    • Bu gün, 13:13
    • 203

Cütlükdən təyyarədə ŞOK HADİSƏ

İngiltərədə bir cütlük təyyarədə cinsi əlaqədə olduqları üçün uçuşdan qovulub.

News24.az bu barədə LADBible-yə istinadən xəbər verir. 

Kişi və qadın etdikləri əməllərdən peşman olublar və digər sərnişinlərdən üzr istəyiblər.

Mediada yayılan xəbərlərə görə, Bredli Smit və Antoniya Sallivan Kanar adalarında istirahətdən İngiltərəyə qayıdarkən ətrafdakı sərnişinlərdən tamamilə xəbərsiz olaraq təyyarənin göyərtəsində cinsi əlaqədə olublar. Onların bu hərəkəti digər insanların, xüsusən də yaxınlıqda oturan ana və uşağın hiddətinə səbəb olub.

Sərnişinlər cütlüyün nalayiq davranışı barədə stüardessalara məlumat verdikdən sonra sevgililər təyyarədən çıxarılaraq polisə təhvil verilib. Bradley və sevgilisi daha sonra ictimai asayişi pozmaqda ittiham olunaraq məhkəməyə çıxarılıb.

Hakim Linn Metyus onların hər birinə 300 saatlıq ictimai xidmət göstərməyi və 100 funt sterlinq cərimə cəzası verib. 

EasyJet aviaşirkəti hadisəni rəsmi olaraq təsdiqləyib və hadisə ilə bağlı təəssüfünü bildirib.

Məryəm İlhamqızı