Qadın salon havasızdır deyib, TƏYYARƏNİN QAPISINI AÇDI
    • 26-09-2019, 14:10
    • 1 008

Qadın salon havasızdır deyib, TƏYYARƏNİN QAPISINI AÇDI

Təyyarədə maraqlı hadisə baş verib.

News24.az "Mirror"a istinadən xəbər verir ki, hadisə Çin aeroportunda təyyarə havaya qalxmağa hazırlaşarkən baş verib.

Sərnişin salonun boğanaq olmasından şikayətlənərək qəza çıxış qapısını açıb.

Ekipaj üzvlərinin hadisəni polisə bildirməsindən sonra qadın təyyarədən endirilib.