XƏBƏRDARLIQ! Oktyabrın 2-si...
    • Bu gün, 15:54
    • 161

XƏBƏRDARLIQ! Oktyabrın 2-si...

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 2-si günün birinci yarısında fasilələrlə yağış yağacağı gözlənilir.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın rayonlarında oktyabrın 1-i, əsasən, dağlıq və dağətəyi rayonlarda, 2-dən 3-ü gündüzədək isə əksər rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.